Şənbə, 27 Aprel

"Rusiya Ermənistan rəhbərliyindən rədd cavabı aldı" - Lavrovun müavini

image

Qarabağda vəziyyət kifayət qədər stabildir. 

Xəbər verilir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib. 

O, qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti tükənməyib: "Bu kontingentin bundan sonra da qalması üçün hansı üsulların ola biləcəyi məsələsi müəyyən edilmiş kanallar vasitəsilə Moskva ilə Bakı arasında müzakirə edilərək həll olunacaq".

Lavrovun müavini həmçinin bildirib ki, rəsmi İrəvanın bəzi addımlarını görmək xoşagəlməzdir: "Ermənistan rəsmilərinin bəyanatlarında anti-Rusiya ritorikasının kəskinləşməsi və erməni media məkanında qeyri-dost informasiya kampaniyasının güclənməsi müşahidə olunur. Bütün bunlar Rusiyanın Ermənistana kömək etməməsi ilə bağlı tamamilə əsassız rəvayətlərə əsaslanır.

Bundan başqa, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı mərhələdə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən bir kəlmə də danışılmayıb. Avropa İttifaqının dərc etdiyi müvafiq sənədlərdə bu barədə heç nə deyilmir. Vəziyyət kəskin şəkildə dəyişdi və bizi bir şey etmədiyimiz üçün günahlandırmaq çox qəribədir. Onu da xatırlamalıyıq ki, bundan əvvəl Rusiya və digər KTMT üzvləri Ermənistana KTMT müşahidə missiyası göndərməyə hazır idilər, lakin təəssüf ki, Ermənistanın ali rəhbərliyindən rədd cavabı aldıq. Əvəzində heç bir sabitləşdirici rol oynamayan Ermənistana Aİ-nin müşahidə missiyası çağırıldı.

Rəsmi İrəvanın qeyri-dost davranışını göstərən bütün arqumentlərimizi burada qeyd etmək istəmirəm. Amma KTMT çərçivəsində tədris və təlim fəaliyyətindən imtina fonunda erməni-amerikan hərbi təlimlərinin keçirilməsi kimi addımları xatırlatmaqdan başqa bir şey yoxdur. Ermənistanın baş nazirinin həyat yoldaşının Kiyevə səfəri və Zelenski ilə ünsiyyəti, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanla onun ukraynalı həmkarı arasında ünsiyyət. Son zamanlar İrəvana tez-tez Avropadan müxtəlif növ qonaqlar gəlir ki, onlar da İrəvanı anti-Rusiya bəyanatları üçün platforma kimi istifadə edirlər.

Avropa İnsan Haqları məhkəməsi bir müddət əvvəl Rusiyanın yüksək rütbəli rəhbərliyinin nümayəndələrinin həbsinə order verib. BCM-nin Rusiyaya və onun rəhbərliyinə qarşı tamamilə siyasiləşdirilmiş düşmən mövqeyi fonunda müttəfiqimiz Ermənistan bu məhkəmənin nizamnaməsini ratifikasiya etmək qərarına gəlir. Belə bir addımı necə qəbul etməliyik? Ermənistanın belə bir addımdan çəkinəcəyini gözləyirdik". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39